İsrailin Qəzzadakı əməliyyatı nə vaxt başa çatacaq?

İsrailin Qəzzadakı əməliyyatı nə vaxt başa çatacaq?

İsrailin Qəzzadakı əməliyyatının başa çatacağı tarix açıqlanıb.

“Bloomberg” xəbər verir ki, bu əməliyyat altı həftədən altı aya qədər davam edə bilər.

Məlumatda deyilir ki, əməliyyat əvvəlki münaqişələrdən fərqli bir məqsəd daşıyır.

“İndi hökumət (İsrail – red) HƏMAS-ı bir təşkilat olaraq məhvini və Qəzzanın bir daha anti-İsrail zorakılığının mənbəyi olmamasını təmin etmək istəyir”, – hesabatda bildirilir.

Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail 1,4 min, Qəzza zolağında isə 7 mindən çox fələstinlinin həlak olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − two =