İsrailin Qəzzaya aviazərbələri nəticəsində doqquzu uşaq olmaqla 21 nəfər həlak olub (VİDEO)

İsrailin Qəzzaya aviazərbələri nəticəsində doqquzu uşaq olmaqla 21 nəfər həlak olub (VİDEO)

 İsrail Ordusu ötən gecə Qəzzaya qarşı hərbi əməliyyata start verdiyini elan edib və endirilən hava zərbələri nəticəsində indiyə qədər 21 fələstinlinin həlak olduğu bildirilir.

Qəzzada Səhiyyə mənbələri ötən gecə aviazərbələr zamanı 21 nəfərin həlak olduğunu bildirirlər.

Əlavə edilir ki, onların 9-u uşaqdır.

Bu hava zərbələri Qəzzanın mərkəz və şimal bölgələrinə endirilib və onlarla yaralı xəstəxanalara çatdırılıb.

Hava zərbələri həm də Qəzzada olan yeganə elektrik enerjisi stansiyasının işinin dayanmasına səbəb olub.

Eyni zamanda Qəzzada olan hərəkatların mərkəzi komandanlığı birgə bəyanat verərək, İsrailə növbəti raket zərbələrilə bağlı xəbərdarlıq ediblər.

Ötən gün axşam Qəzzada olan hərəkatlar, Qüdsdə fələstinlilərə edilən hücuma və əl-Əqsa məscidinə edilən basqınlara cavab olaraq İsrailə onlarla raket atmışdılar.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + twelve =