İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə çatıb, onların 24-ü uşaq və qadındır

İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə çatıb, onların 24-ü uşaq və qadındır

İsrailin son üç sutkada Qəzzaya endirdiyi hava və artileria zərbələrində ölənlərin sayı 83-ə çatıb.

Bu barədə Qəzzada Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə yüksəlib.

Onlardan 17-nin uşaq, yeddisinin isə qadın olduğu bildirilir.

Bu arada Fələstinli hərəkatlar Qəzza ilə sərhəddə İsrailə məxsus daha bir hərbi maşını Kornet raketlərilə vurduqlarını və burada üç İsrail hərbçisinin öldüyünü deyiblər. Bu Fələstinli hərəkatlar tərəfindən vurulan üçüncü hərbi maşındır.

Hazırda Qəzzaya hava zərbələri və Qəzzadan İsrailə raket zərbələri davam edir. İsrail Bin Gorion hava limanından sonra Təl-Əviv hava limanının uçuşlarını da dayandırıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + twelve =