İsrailin şimalında hava hücumu xəbərdarlığı elan edilib

İsrailin şimalında raket atəşi təhlükəsi barədə xəbərdarlıq edən hava hücumu sirenləri səslənib.
Bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.
“İsrailin şimalındakı Tveriya şəhərində sirenlər səslənib”, – məlumatda deyilir.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.