İsrailin Suriya və Livana hava hücumları davam edir

İsrailin Suriya və Livana hava hücumları davam edir

Suriya və Livan informasiya mənbələri İsrail döyüş təyyarələrinin iki ölkə arasındakı sərhəd bölgəsinə hücumlarından xəbər verirlər.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, İsrail Hərbi Hava Qüvvələri Livanın hava məkanından Suriyanın mərkəzində yerləşən Homs şəhərinin ətraf rayonlarını hədəfə alıb.

Xəbərə görə, sionist İsrailin Livanla sərhəd keçidinin Suriya tərəfində olan Vadi Xalid bölgəsinə hava hücumu təşkil etdiyi bildirilib. Xəbərdə hücumda bir körpünün dağıldığı deyilir.

Suriyanın keçid hökumətinə bağlı televiziya kanalı da İsrail rejiminin Suriya ilə Livan arasında sərhəd bölgəsi olan Homs vilayətinin qərb hissəsinə hava hücumu təşkil etməsi xəbərini təsdiqləyib.

Təl-Əviv rejimi İsrail ordusunun Suriya-Livan sərhəddində bir bölgəyə hücum etdiyini təsdiqləsə də, Hizbullahın bu yoldan Livan ərazisinə silah daşımaq üçün istifadə etdiyini iddia edir.

Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, sözügedən hücumların məqsədi Suriya ərazisində yerləşən Vadi Xalid sərhəd bölgəsindəki “Əl-Vəviyyət” körpüsünü dağıdıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 13 =