İsrailin tərəfini saxlayan BBC fələstinli jurnalisti işdən çıxardı

İsrailin tərəfini saxlayan BBC fələstinli jurnalisti işdən çıxardı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin BBC telekanalı Fələstin işləri üzrə mütəxəssis olaraq çalışan fələstinli jurnalist Tala Halavəni işdən çıxarıb.

Ərəb 21 veb saytına görə, bunun səbəbi, Həlavənin yeddi il (BBC-yə daxil olmasından üç il əvvəl) əvvəl Fələstinə dəstək tviti yazması olub. Bu qərar BBC-nin jurnalistin sosial mediadakı fəaliyyəti ilə bağlı araşdırma başlatmasından iki ay sonra verildi. “Honest Reporting” İnstitutu Tala Həllavənin tvitini “Hitler haqlıydı” həştəqi ilə yenidən yayımlayıb.

Honest Reporting, sosial mediada anti-sionist məzmunlu materialları izləyən bir qeyri-hökumət təşkilatıdır. İnstitut Həlavəni antisemitizm adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =