İsrailin turizm sənayesi raket hücumundan sonra çökdü

İsrailin əsas beynəlxalq hava limanı olan Ben Quriona (Lod) raket hücumundan sonra turizm sektorunun iflasa uğradığı, Tel-Əviv, Qüds və Eylatda otel sifarişlərinin kəskin şəkildə aşağı düşdüyü bildirilir.
Səyahət və turizm xəbərləri üzrə ixtisaslaşmış qlobal internet saytı YDH- Al-Masira-nın məlumatına görə, bir neçə beynəlxalq aviaşirkət Yəmənin İsrail rejimini hədəf alan raket hücumları zamanı istifadə etdiyi hava məkanından qaçmaq üçün uçuş marşrutlarını tamamilə dəyişib.
“Bəzi aviaşirkətlər Şərqi Aralıq dənizi və Qırmızı dəniz bölgələrini tamamilə yan keçmək üçün Avropa və Asiya arasında uçuşların istiqamətini dəyişdirməyə başlayıblar”, – Travel and Tour World jurnalı yazır.
“Əl-Məsirə”nin məlumatına görə, bu, Yəmənin raket hücumlarının beynəlxalq aviaşirkətləri işğal olunmuş Fələstin, onun ətraf əraziləri və hazırda raket əməliyyat zonası sayılan Qırmızı dəniz hava məkanı üzərində uçuşlardan çəkindirdiyini göstərir.
Bu internet saytı həmçinin Yəmənin sionist hava limanlarına hücumlarının davam edən təsirlərinə diqqət çəkərək, Yaffa (Təl-Əviv), Qüds və Umm ər-Rəşraş (Eylat) şəhərlərində otel sifarişlərinin əhəmiyyətli dərəcədə azaldığını qeyd edib.
Avropa və Şimali Amerikanın turizm şirkətlərinin qrup tur proqramlarını tamamilə ləğv etdiyi də vurğulanıb.
Hesabatda vurğulanıb ki, xarici şirkətlər tərəfindən xidmətlərin geniş şəkildə dayandırılması işğal olunmuş Fələstinin əsas beynəlxalq qapısına (Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanı nəzərdə tutulur) hava girişini iflic edib və turizmdə ciddi çöküşdən xəbər verir.
Xüsusilə beynəlxalq hava yolları işğal altındakı Yaffa şəhərinə (Tel-Əvivin bir hissəsi) uçuşları dayandırmaq qərarlarının hər gün uzadıldığını elan edir .
İsrail hava limanlarına beynəlxalq uçuşların ləğv edilməsi dalğası Yəmən Silahlı Qüvvələrinin elan etdiyi ümumi hava blokadasına birbaşa cavabdır.
Yəmən ordusu təsdiqləyib ki, hava limanına raket zərbəsi əməliyyatları müvəqqəti olaraq iflic edib və milyonlarla israillini sığınacaqlara qaçmağa məcbur edib. Yəmən mülki aviasiya üçün yaranan təhlükələrə diqqət çəkərək, bütün beynəlxalq hava yollarını İsrailə uçuşları dərhal dayandırmağa çağırıb.
O, İsrail liderlərinin təhdidlərinə baxmayaraq, Yəməndə, Qəzzada və bütün regionda sionist cinayətləri ilə mübarizədə qərarlı olduğunu təsdiqləyib.