İsrailli məhbus Ərbil Yehud Netanyahu və Trampa müraciət edib
İsrailli məhbus Ərbil Yehud ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahuya mesaj göndərərək atəşkəs razılaşmasının planlaşdırıldığı kimi davam etməsini və bütün məhbusların sağ-salamat evlərinə qayıtmasını tələb edib.
İsrailli məhbus Ərbil Yehud İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampa mesaj göndərərək atəşkəs razılaşmasının planlaşdırıldığı kimi davam etməsini və bütün məhbusların sağ-salamat evlərinə qayıtmasını tələb edib.
“Atəşkəs rejiminin davam etdirilməsini təmin edin ki, bütün əsirlər sağ-salamat evlərinə qayıda bilsinlər və fələstinli əsirlər öz azadlıqlarını bərpa edə bilsinlər”, – Yehud bildirib.
Ailəsinə müraciət edən Yehud iki il İsrail ordusunda xidmət etdiyini və daha əvvəl əsir mübadiləsi yolu ilə azad edilən digər məhbuslar kimi ailəsinə qovuşacağına ümid etdiyini bildirib.
Yehud əlavə edib ki, hazırda Qüds Briqadalarının nəzarəti altındadır və səhhəti yaxşıdır.
Digər tərəfdən Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bu gün verdiyi açıqlamada HƏMAS və İsrail arasında əldə olunan razılaşmaya əsasən, HƏMAS-ın Ərbil Yehud və iki israilli məhbusu gələn cümə gününə qədər azad etməyə razılaşdığını bildirib.
Bunun müqabilində İsrail 27 yanvar 2025-ci il bazar ertəsi səhər saatlarından etibarən Qəzzanın cənubundakı fələstinlilərin şimala qayıtmasına icazə verəcək.
Fələstin müqavimət qruplarının rəsmisi dünən Əl-Meyadin- ə verdiyi açıqlamada Ərbil Yəhudun azad edilməsi müqabilində 30 fələstinli məhbusun azad ediləcəyini təsdiqləyib.
Rəsmi əlavə edib ki, bu məsələdə müqavimət qrupları arasında razılıq əldə olunub.