İsraillilər üçün ağrılı səhər, 3 əsgər məhv oldu, 2 əsgər yaralandı

Sionist rejim ordusu 3 əsgərinin öldürüldüyünü, daha 2 əsgərin isə yaralandığını etiraf edib.
Sionist rejimin işğalçı ordusu Qəzza zolağının şimalında ordunun Gifati briqadasından 3 əsgərinin öldürüldüyünü, daha ikisinin isə yaralandığını açıqlayıb.
İsrail ordusu ölən üç əsgərin Gifati Piyada Briqadasının 9-cu Batalyonundan olduğunu açıqlayıb.
Yedioth Ahronoth qəzeti də üç əsgərin güclü partlayış nəticəsində həlak olduğunu bildirib.
Bununla bağlı İsrailin maliyyə naziri Bezalel Smortiç verdiyi açıqlamada 3 İsrail əsgərinin öldürülməsi xəbərini eşitdikdən sonra ağrılı bir səhərə başladıqlarını söylədi.