İsraillilərin 59%-i immiqrasiya haqqında düşünür

İsraillilərin 59%-i immiqrasiya haqqında düşünür

İsrailəmənsub araşdırma nəticələri göstərir ki, sabit olmayan iqtisadi vəziyyət və israillilərin fələstinlilərlə münaqişənin həllindən məyus olması onları işğal olunmuş Fələstindən köç etmək barədə düşünməyə vadar edib.

 “Bigən” İrs Mərkəzinin araşdırmalarının nəticələri göstərir ki, israillilərin 59%-i işğal olunmuş Fələstindən kənara mühacirət etmək üçün müxtəlif ölkələrin səfirliklərinə gedib və ya bu səfirliklərə müraciət etməyi düşünürlər.

Sorğu həmçinin göstərir ki, israilli ailələrin 78%-i övladlarının işğal olunmuş Fələstindən kənara səyahətini dəstəkləyir.

Sionist “Maariu” qəzetinin müəllifi Kalman Libeskind deyib: “Biz İsraildə sionizmdən və İsraildən çox uzaq olan və yəhudi dövlətinə az diqqət yetirən solçu fenomenin inkişafının əleyhinəyik.”

“Rəy əl-Yəvm” qəzetinin məlumatına görə, Libeskind əlavə edir ki, bu israilli qrup hətta təkbaşına sionist layihəsinə qarşı plana rəhbərlik edib və Nəkbə hadisələri (Fələstinin işğalı faciəsi), Fələstin dövləti həqiqəti və 1948 və 1967-ci illərin işğal olunmuş sərhədlərinin yenidən nəzərdən keçirmək istəyir.

O, həmçinin bildirib ki, bu fəalların əksəriyyəti İsrail vətəndaş cəmiyyəti təşkilatlarının üzvləridir və müxtəlif ölkələrdən maliyyə yardımı alır və onu İsrail ordusu və sionistləri gözdən salmağa xərcləyirlər.

Sionist telekanalı olan 10-cu kanal da 2014-cü ildə Almaniyanın paytaxtı Berlinə mühacirət etmək istəyənlərin sayının 25 min nəfərə çatdığını bildirib. Berlinə mühacirətin təşkilatçılarından birinin verdiyi məlumata görə, o, 9 mindən çox insanın mühacirət ərizəsinə istinad edərək açıqlayıb ki, onların arasında İsrail ordusunun zabitləri də var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − seven =