İstanbul-İrəvan uçuşlarını bu aviaşirkət həyata keçirəcək
Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu NTV telekanalının efirində deyib. Onun sözlərinə görə, uçuşlar yaxın günlərdə başlayacaq. Bundan əlavə, o, artıq başqa bir erməni şirkətinin də eyni marşrut üzrə uçuşlar həyata keçirmək arzusunun olduğunu bildirib.
Xatırladaq ki, dekabrın 20-də Ermənistanın Mülki Aviasiya Komitəsi “Flyone Armenia”nın 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacağını açıqlayıb.
Qafqazinfo.az