İstanbul RAZILAŞMASI: Taxıl Ukraynanın 3 limanından daşınacaq

İstanbul RAZILAŞMASI: Taxıl Ukraynanın 3 limanından daşınacaq



Publika.az
 xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən yazır.

Nəşr qeyd edir ki, Ukrayna öz taxılının Qara dəniz vasitəsilə ixracını bərpa etmək, həmçinin, taxıl daşıyan gəmi karvanlarının keçməsi üçün atəşi dayandırmaq və ərazi sularını minalardan qismən də olsa təmizləməyə hazırdır.

Razılaşmaya görə, taxılın daşınması Ukraynanın üç limanından həyata keçiriləcək.

“Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin İstanbul görüşündə hərətərəfli razılaşma əldə olundu. Texniki məsələlər, minalardan necə təmizlənməsi kimi detallar üzərində işləyəcəklər. Razılaşmaya əsasən, Türkiyə Hərbi Dəniz Qüvvələri Ukrayna limanlarına yaxınlaşacaq gəmiləri yoxlayacaq, bu, Rusiyanın istəyidir. Rusiya bu gəmilərdə silah daşınıb-daşınmamasını bilmək istəyir. Tərəflər Ukrayna taxılının icrası məsələsini həll etmək üçün İstanbulda koordinasiya mərkəzinin yaradılması barədə razılığa gəliblər”, – nəşr yazır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =