İstanbulda 4 metrobus toqquşub, yüzə yaxın yaralı var – Video

İstanbulda 4 metrobus toqquşub, yüzə yaxın yaralı var – Video

Xilasedicilər İstanbulda qəzaya düşən 4 metrobusu hadisə yerindən kənarlaşdırıb. APA Anadolu agentliyinə istinadla xəbər verir ki, artıq metrobus xəttində normal hərəkət bərpa olunub.

İstanbulda metrobus qəzası 99 nəfərin yaralanmasına səbəb olub.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Şəhərin Avcılar məhəlləsindəki dayananacaqda 2 metrobus qarşı-qarşıya toqquşub. Çox sayda insanın xəsarət alması ilə yanaşı xətdə hərəkət də dayandırılıb. Hadisə yerində təcili yardım briqadaları və xilasedicilər işləyir. Qəza digər nəqliyyat vasitələrinin də işinə ciddi təsir edib.

İki metrobus qarşı-qarşıya toqquşduqdan sonra arxadan gələn daha iki metrobus qəzaya uğrayan nəqliyyat vasitələrinə çırpılıb. Hazırda piyadalar dayanacağa buraxılmadığı üçün avtomobil yolu ilə hərəkət edirlər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =