İstanbulda binada partlayış olub, yaralılar var

İstanbulda binada partlayış olub, yaralılar var

Türkiyənin İstanbul şəhərinin Çekmeköy qəsəbəsində binada partlayış baş verib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, partlayışın təbii qazdan qaynaqlandığı bildirilir.

İlkin məlumatlara görə, partlayış zamanı yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadası cəlb edilib.

Partlayış nəticəsində yaranan yanğın yanğınsöndürmə qrupları tərəfindən söndürülüb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + ten =