İstanbulda D-8 XİN Şurasının fövqəladə iclası keçiriləcək
İstanbulda 8 iyunda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə toplantısı keçiriləcək.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, toplantı zamanı Qəzzadakı hadisələr müzakirə ediləcək.