İstanbulda Taksim meydanında inşa edilən məscidin açılış mərasimi keçiriləcək

İstanbulda Taksim meydanında inşa edilən məscidin açılış mərasimi keçiriləcək

Sabah İstanbulun Taksim meydanında inşa edilən məscidin açılış mərasimi keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək tədbir cümə namazından sonra baş tutacaq.

2017-ci il 17 fevral tarixində təməli qoyulan və memarlar Şefik Berkiye ilə Selim Dalamanın imzasını daşıyan məscid Taksim Meydanının simvollarından biri oldu.

Hər hissəsi xüsusi diqqətlə işlənən məsciddə maşınlar üçün dayanacaq, sərgi salonu, konfrans salonu, yemək evi və Dijital İslam Kitabxanası var. 

Təxminən 2482 kvadratmetr ərazidə inşa edilən məscidin hündürlüyü 61 metrdir.

Məsciddə eyni anda 2500 nəfər ibadət edə biləcək.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − ten =