İstanbulda terrorçulara qarşı əməliyyat – 16 əcnəbi saxlanıldı
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 16 nəfər xarici ölkə vətəndaşı şübhəli şəxs qismində tutulub.
Məlumata görə, İstanbul Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları terror təşkilatlarının üzvlərinin tutulması üçün əməliyyat keçirib. İŞİD və Əl-Qaidə üzvlərinin qaldığı 7 rayonda 14 ünvan müəyyən edilib.
Səhər saatlarında şübhəlilərin evlərində eyni vaxtda əməliyyat keçirilib, 16 şübhəli saxlanılıb. Onların istintaqı davam etdirilir.
Publika.az