İstanbulda Tovuz şəhidləri və Türkiyədə çevrilişə cəhd zamanı həlak olanların xatirəsi anılıb-Video

İstanbulda Tovuz şəhidləri və Türkiyədə çevrilişə cəhd zamanı həlak olanların xatirəsi anılıb-Video

Türkiyənin İstanbul şəhərində 2020-ci ilin 12-17 iyul Tovuz döyüşlərinin şəhidləri və 2016-cı ilin 15 iyul Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həyatını itirənlərin xatirəsi birgə anılıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, tədbir Türkiyədə fəaliyyət göstərən Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Assosiasiyası tərəfindən hazırlanıb.

Mərasim Azərbaycan və Türkiyə dövlət himnlərinin oxunması ilə başlayıb. Sonra Tovuz döyüşlərində şəhid olmuş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev başda olmaqla 12 hərbi qulluqçunun əziz xatirəsi yad olunub.

Tədbirdə Azərbaycandan gələn şəhid ailələrinin üzvləri və Vətən Müharibəsi veteranları iştirak ediblər. Çıxış edənlər Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi olan Tovuz döyüşləri haqqında söz açıblar.

Mərasim Vətən mövzusunda şeirlərin səsləndirilməsi ilə davam edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =