İstanbuldakı partlayışa görə həbs olunan terrorçuya ABŞ təlim keçibmiş -ŞOK FAKTLAR

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” nəşri məlumat yayıb.
İddialara görə, İstanbulda terror aktı törətməkdə şübhəli bilinən şəxs terror təşkilatı PKK-nın təlimatları üzrə hərəkət edib.
Bildirilir ki, ona Suriyanın Kobani şəhərindəki amerikalı hərbçilər təlim keçiblər.
Üstəlik, terrorçunun amerikalı hərbçilərin kəşfiyyat məktəbində təhsil aldığı, “xüsusi kəşfiyyatçı” kimi yetişdirildiyi də vurğulanıb.
Qeyd edək ki, ötən bazar günü günorta saatlarında İstanbulun mərkəzindəki İstiqlal prospektində partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.
Terror aktında şübhəli bilinən Əhlam Əlbəşir artıq saxlanılıb. O, PKK terror təşkilatı ilə əlaqələrinin olduğunu etiraf edib.
Terrorçu ifadəsində deyib ki, PKK-nın Ayn əl-Ərəbdəki lideri “Mazlum Kobani” kod adlı Ferhat Abdi Şahinin yaxın dostundan təlimat alıb.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, terror aktını icra edən şəxs Suriya ilə sərhəddə yerləşən Kobani şəhərindən gəlib.
Publika.az