İsveç hökumətindən ittiham: “Stokholmdakı İslam Mərkəzi İranın casus bazasıdır”

İsveç hökumətindən ittiham: “Stokholmdakı İslam Mərkəzi İranın casus bazasıdır”

İsveç hökuməti Stokholmdakı “İmam Əli” İslam Mərkəzini ölkə vətəndaşlarına qarşı İran üçün casusluq platforması kimi fəaliyyət göstərməkdə ittiham edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Məlumata görə, İsveçin sosial işlər naziri Yakob Fuşmed bəyan edib ki, İran Stokholmdakı İslam Mərkəzindən casus və təhlükəsizlik bazası kimi istifadə edib.

O, problemi son dərəcə ciddi adlandırıb və qeyd edib ki, İsveç hökuməti artıq mərkəzə ayrılan bütün maliyyə resurslarını kəsib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 14 =