İsveç Prokuroru Qurana hörmətsizlik edən Rasmus Paludanın həbsinə order verib
İsveç prokuroru İsveç və Danimarkada Qurani-Kərimi təhqir edən cinayətkarın həbsinə order verib.
Mehr Xəbər Agentliyinin Əl-Misr Əl-Yəvm-a istinadən verdiyi məlumata görə, İsveç prokuroru İsveç və Danimarkada Qurani-Kərimi təhqir edən “Rasmus Paludan”ın həbsinə order verib.
İsveç mənbələri onun İsveçə daxil olan kimi dərhal həbs olunacağını açıqlayıb.
Məlumata görə, İsveç son iki ay ərzində Paludanla bağlı “bir qrup şəxsə qarşı təxribat xarakterli hərəkət, təhqir və məmura açıq hücum” maddəsi ilə araşdırma aparır.
Bu xəbərə görə, Adrian Compieh Hoch, Danimarka polisinin müavini ilə Paludanın Danimarkada dindirilməsinin mümkünlüyündən də danışıb.
Paludan ona qarşı irəli sürülən ittihamlarla bağlı deyib:
İsveçə getmək mənim üçün təhlükəlidir, çünki ümumilikdə İsveç polisi və xüsusilə Malmo polisi məni qorumaq istəmir.