İsveçdə məscidin tikintisini məhdudlaşdırmağa çalışırlar

İsveçdə məscidin tikintisini məhdudlaşdırmağa çalışırlar

Helsinqborqdakı “İsveç demokratları” şöbəsinin nümayəndələri hazırda şəhər daxilində məscidin tikilməsinə qarşı çıxır. Xatırladaq ki, noyabrın 17-si Helsinqborq Bələdiyyə Şurasının üzvləri, məscidin tikintisi üçün yerli müsəlman icmasına 10.000 kvadrat metr ərazini satmağa səs verib.

“Deyerler.org”un islam.ru-ya istinadən verdiyi xəbərə görə, “İsveç Demokratları” ibadət üçün istifadə eiləcək ərazinin inşası üçün bələdiyyə torpaqlarının verilməsinə qarşı çıxan yeganə partiyadır. Hazırda “İsveç Demokratları”nın yerli şöbəsi, bu qərardan apelyasiya şikayəti vermək niyyətindədir. Qeyd edək ki, məscidin tikintisi təqribən 2 milyon dollara başa gələcəyi gözlənilir.

İqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =