İsveçdə müsəlman və xristian qəbirləri dağıdıldı

İsveçdə müsəlman və xristian qəbirləri dağıdıldı

Publika.az Türkiyə mediasına istinadla xəbər verir ki, İsveçin dövlət televiziyası SVT-yə açıqlama verən Malmö Şəhər Polis Təşkilatının sözçüsü Nils Norlinq bildirib ki, naməlum şəxslərin hücumu zamanı çoxlu məzar daşı dağılıb. O, hətta bəzi qəbirlərin üzərinə boya töküldüyünü də deyib. Norlinq sözügedən məzarların müsəlmanlara və pravoslav xristianlara aid olduğunu qeyd edib.

Yaxınları üçün dua etmək istəyən müsəlmanların hadisəni görərək polisə xəbər verdiyi vurğulanıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =