İsveçin paytaxtı Stokholmda İsrailin Qəzzəyə hücumlarına qarşı etiraz aksiyaları keçirilib! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Minlərlə insan İsveç hökumətinin bu məsələdəki mövqeyini tənqid edərək, Fələstin xalqına dəstək nümayiş etdirib.
Etirazçılar Odenplan Meydanında toplaşaraq “Qəzzədə soyqırımı dayandırın” və “Fələstin üçün ədalət” şüarları səsləndiriblər. Aksiya iştirakçıları İsveç hökumətinin İsrailin hərbi əməliyyatlarına qarşı daha sərt mövqe tutmasını tələb ediblər.
Bəzi İsveçli aktivistlər hökumətin İsrailə qarşı sanksiyalar tətbiq etməməsini tənqid edərək, Qəzzədəki vəziyyətin daha da pisləşdiyini vurğulayıblar.
Etiraz aksiyası İsveç Parlamentinin qarşısına qədər davam edib və nümayişçilər hökumətə çağırış edərək, Fələstin xalqına daha güclü dəstək göstərilməsini tələb ediblər.