İsveçrə prezidenti istefa verəcək

İsveçrə prezidenti istefa verəcək

Publika.az xəbər verir ki, 51 yaşlı sosial-demokrat hazırkı legislativ müddət başa çatdıqdan sonra Federal Şuranın (hökumətin) üzvlüyünə namizədliyini irəli sürməyəcəyini bildirib.

Alen Berset 2012-ci ildən İsveçrə Federal Şurasının üzvüdür və prezidentliklə bərabər səhiyyə və daxili işlər naziri vəzifəsini də tutur. Federal Şuranın yeddi üzvü nazir vəzifələri ilə yanaşı növbə ilə bir il müddətinə prezident vəzifəsini də həyata keçirirlər.

Siyasətçi Federal Şuradan getmək qərarını 12 illik uzun müddət ilə əlaqələndirib. O, karyerası boyunca heç bir işdə bu qədər uzun müddət çalışmadığını ifadə edib. A.Bersetin Federal Şuradakı postuna təyinat parlamentin hər iki palatasının birgə səsverməsi əsasında baş tutacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 4 =