İsveçrədə qadın mağazada iki nəfərə bıçaqla hücum edib
İsveçrənin Luqano şəhərində 28 yaşlı qadın əlindəki bıçaqla mağazaya gələn iki ziyarətçiyə hücum edib və onları yaralayıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Qadın polis əməkdaşları gələnə qədər mağazadakı digər şəxslər tərəfindən saxlanılıb.
Bildirilir ki, qadının şəxsiyyəti İsveçrə hüquq-mühafizə orqanları tərəfindən artıq müəyyən edilib və polis onun bir müddət əvvəl terrorla əlaqəli bir istintaqın fiquru olduğunu aşkar edib.
Hücumun səbəbləri və hadisənin təfərrüatları araşdırılır, lakin hüquq-mühafizə orqanları bunun terror hücumu ola biləcəyini istisna etmirlər.