İsveçrədə Rusiya-ABŞ danışıqları başlayır
İsveçrənin Cenevrə şəhərində bu gün Rusiya-ABŞ danışıqları başlayır.
Trend-in məlumatına görə, danışıqlar zamanı təhlükəsizlik təminatı məsələləri müzakirə olunacaq.
Bugünkü danışıqların yekunu ilə bağlı axşam saatlarında brifinq keçiriləcək.
Qeyd edək ki, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının təhlükəsizlik məsələləri ilə bağlı iclası da keçiriləcək.
Xatırladaq ki, ötən ilin dekabrında Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la təhlükəsizlik təminatı barədə müqavilənin layihəsini təqdim etmişdi.
Trend.az