İsveçrənin keçmiş prezidenti Avropa Şurasının yeni baş katibi oldu

İsveçrənin keçmiş prezidenti Alen Berse Avropa Şurasının yeni baş katibi seçilib.
Məlumata görə, 52 yaşlı Bersenin mandatı sentyabrın 18-də başlayacaq.
O, 2019-cu ildən bu postda olan Xorvatiya təmsilçisi Mariya Peyçinoviç-Buriçi əvəz edəcək.
Qeyd edək ki, Berse 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək İsveçrənin prezidenti olub.