İt almaq istəyirdi, soyub soğana çevirdilər -Yeni dələduzluq növü-Video

İt almaq istəyirdi, soyub soğana çevirdilər -Yeni dələduzluq növü-Video

Ölkəmizdə onlayn alış-verişdən istifadə edənlərin sayı günbəgün artır.

Bu müasir alver növü özü ilə bərabər çox sayda üstünlüklər gətirsə də, gün keçdikcə yeni problemlərin yaranmasına da yol açır. Dələduzluq da bu problemlərdən biridir.

Dələduzlar elan saytlarında ucuz qiymətə əşyaların, ev heyvanlarının fotolarını yerləşdirir, qurduqları tələyə kimin düşəcəyini gözləyirlər. Elə bu it elanının sahibi kimi. Adının Amid olduğunu yazıb. Əslində 800-1200 manata satılan “Pomeran şpitz” növ ev itini 450 manata təklif edir. Bununla da qalmır, insanları daha çox şirnikləndirib iti razılaşma yolu ilə 250 manata satacağını deyir.

Qiymətin ucuzluğuna inanan vətəndaş da iti almaq üçün müraciət edir. Beyləqanda yaşdığını, iti taksi ilə göndərəcəyini bildirən dələduz bank kartına pulu köçürüldükdən sonra telefonu bağlayır. Necə deyərlər, it də əldən gedir, ip də. Aldandığını görən vətəndaş başqa nömrədən dələduzla əlaqə saxlayaraq iti almaq istədiyini deyir. Dələduz bu dəfə iti 350 manata satacağını bildirir.

Onlayn alış-veriş zamanı dələduzlar saxta linklərdən də istifadə edirlər. Məhsulu almaq üçün təklif edilən saxta linkə daxil olan vətəndaşdan ödəniş etmək üçün kartın 16 rəqəmindən başqa məlumatlar da tələb edilir. Həmin məlumatlar daxil etdikdən sonra kartınızdakı bütün məbləğ dələduzun ixtiyarında olur.

Bəs dələduzu hansı cəza gözləyir? Yaxud bu cür hallarla qarşılaşdıqda hansı hüquqi addımları atmalıyıq?

“Norma” Hüquq Mərkəzinin direktoru Şamil Paşayev deyir ki, dələduzluq əməlini törədən şəxs vətəndaşa 500 manatdan aşağı ziyan vurursa, cinayət məsliyyətinə cəlb olunmur. Və bu da saxta elan sahiblərini daha da rahatlaşdırır.

Mütəxəssislər deyirlər ki, saxta elanla real elanı bir birindən ayrımaq çox çətindir. Elan yerləşdirən şəxs sizdən tələsik beh istəyirsə, əlindəki məhsulun başqasına satılacağını deyirsə, yəni alqı-satqı prosesini tez yekunlaşdırmağa çalışırsa, böyük ehtimal dələduzun tələsinə düşmək üzrəsiniz.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =