İtaliya çempionatı: “Milan” “Roma”ya qalib gəlib, “Yuventus” “Napoli” ilə heç-heçə edib

İtaliya çempionatı: “Milan” “Roma”ya qalib gəlib, “Yuventus” “Napoli” ilə heç-heçə edib

 Futbol üzrə İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilib.

SalamNews xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün keçirilməli olsa da, onlardan bəzisi baş tutmayıb.


“Sampdoriya” doğma meydanda “Kalyari”yə, “Spetsiya” isə “Verona”ya uduzub. Altı qolun qeydə alındığı “Latsio” – “Empoli” matçında qalib müəyyənləşməyib. “Sassuolo” – “Cenoa” matçı da bərabərliklə yekunlaşıb.

“Milan” doğma meydanda “Roma” ilə qarşılaşıb. Dörd qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşü Turində baş tutub. “Yuventus” burada “Napoli” ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətlənib.

Bu tur keçirilməli olan “Salernitana” – “Venetsiya” matçı meydan sahibi komandanın heyətində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

“Fiorentina” – “Udineze”, “Atalanta” – “Torino” və “Bolonya” – “İnter” matçları da koronavirusa görə baş tutmayıb.

İtaliya A Seriyası
20-ci tur

Sampdoriya – Kalyari 1:2
Qol: Qabbyadini, 18 – Deyola, 55. Pavoletti, 71.

Latsio – Empoli 3:3
Qol: İmmobile, 14. Milinkoviç-Saviç, 66; 90+3 – Bayrami, 6. Zurkovski, 8. Di Françesko, 75.

Spetsiya – Verona 1:2
Qol: Erliç, 85 – Kaprari, 59; 77.

Sassuolo – Cenoa 1:1
Qol: Berardi, 55 – Destro, 7.

Milan – Roma 3:1
Qol: Jiru, 8-pen. Messias, 17. Leao, 82 – Abraham, 40.

Yuventus – Napoli 1:1
Qol: Kyeza, 54 – Mertens, 23.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 9 =