İtaliya: İranın Həniyyənin terroruna reaksiya vermək haqqı var
İtaliyanın xarici işlər naziri İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə telefon danışığının məzmunu ilə bağlı bildirib ki, Tehran HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə və Hizbullah lideri Fuad Şükürün qətlinə reaksiya vermək hüququna malikdir.
İRNA-nın verdiyi məlumata görə, Antonio Tacani bu gün (12 avqust) jurnalistlərə müsahibəsində deyib: İranın xarici işlər naziri ilə yarım saatlıq telefon danışığım olub və bu zəngdə ehtiyatlı olmağın vacibliyini vurğuladım. İranlı nazirin cavabında qəti mövqe var idi. O, İranın Dəməşqdəki konsulluğuna hücum və Həmas liderinin Tehranda terror edilməsini ölkəsinin ərazi bütövlüyü və suverenliyinin pozulması olduğunu, həmçinin bu hadisələrə kəskin cavab vermək hüquqlarının olduğunu vurğulayır.
Tacani daha sonra deyib: Biz Yaxın Şərqdə sabitliyin hər kəs üçün vacib olduğunu deyirik. Ümid edirəm ki, moderasiya tələbimiz dinləniləcək.