İtaliya sularında miqrantları daşıyan qayıqlar batıb, 30-dan çox insan itkin düşüb

İtaliya sularında miqrantları daşıyan qayıqlar batıb, 30-dan çox insan itkin düşüb

İtaliyanın cənubundakı Lampeduza adası yaxınlığında miqrantların olduğu iki qayıq batıb.

APA xəbər verir ki, dənizdə və havadan aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 57 miqrant xilas edilib, bir qadın və bir uşağın cəsədi tapılıb. Ümumilikdə 30-dan çox insanın itkin düşdüyü bildirilib. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, son illərdə İtaliya Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. İlin əvvəlindən İtaliya 85 minədək miqrant qəbul edib. 2014-cü ildən bəri isə Liviya və Tunisdən İtaliyaya dəniz yolu ilə çatmaq istəyən 14 mindən çox insan ölüb və ya itkin düşüb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =