İtaliyada 4 maqnitudalı zəlzələ olub
İtaliyanın Neapol şəhəri yaxınlığında, Fleqrey sahələri kimi tanınan ərazidə 4,0 maqnitudalı zəlzələ baş verib.
APA-nın məlumatına görə, bu barədə ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu bildirib.
Məlumata əsasən, yeraltı təkanların ocağı 3 km dərinlikdə yerləşib. Zəlzələ Neapolun mərkəzində hiss edilib.
Binalara cüzi ziyan dəysə də, xəsarət alan olmayıb.
Apa.az