İtaliyada Etna yanardağı püskürdü: Bölgədə qırmızı alarm elan edildi! (Video İzlə)
Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İtaliyanın Siciliya adasında yerləşən Etna yanardağı 2 iyun 2025-ci ildə aktivləşərək püskürmə baş verib. Cənub-şərq kraterində çökmə nəticəsində toz və lav axını müşahidə edilib, havaya qalxan toz kütləsi 5 km yüksəkliyə çatıb. Hadisə ilə əlaqədar Catania Hava Limanı müvəqqəti olaraq uçuşları dayandırıb.
Etna Avropanın ən aktiv yanardağı hesab olunur və mütəmadi püskürmələr baş verir. Hazırda ölən və ciddi yaralanan yoxdur, lakin mütəxəssislər vəziyyəti diqqətlə izləyirlər.