İtaliyada mafiya ilə əlaqədə şübhəli bilinən 30-dan çox şəxs saxlanılıb

İtaliyada mafiya ilə əlaqədə şübhəli bilinən 30-dan çox şəxs saxlanılıb

İtaliyanın hüquq-mühafizə orqanları Avropaya kokain keçirməyə cəhd edən cinayətkar qrupu zərərsizləşdirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Polis Agentliyi (Avropol) məlumat yayıb.

Məlumata görə, 300-ə yaxın polis “Ndrangheta” mafiyası ilə əlaqəli peşəkar cinayət sindikatının üzvlərinə qarşı reydlərdə iştirak edib. Bir neçə əyalətdə axtarışlar aparılıb, nəticədə 31 nəfər saxlanılıb, 7 milyon avro dəyərində vəsait müsadirə edilib.

İstintaq, həmçinin Cənubi Amerikadan Kalabriyaya iki ton ağırlığında kokainin çatdırılmasını təşkil edən cinayət başçılarını müəyyən etməyə imkan verib. Onlar da xüsusi əməliyyat zamanı saxlanılıblar.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 16 =