İtkin düşən adam köpək balığının qarnından tapıldı

İtkin düşən adam köpək balığının qarnından tapıldı

Publika.az xəbər verir ki, yerli mətbuata açıqlama verən polis məmuru Daniela Millatruz, Barrianın şəxsiyyətinin bədənindəki döymə sayəsində ailəsi tərəfindən müəyyən edildiyini bildirib.

Balıqçıların Argentinanın Çubut əyalətində tutduqları köpək balığını təmizləyərkən insan qalıqları tapdıqlarını ifadə edən Millatruz, hadisə ilə bağlı istintaqın davam etdiyini də ifadə edib.

Millatruz qeyd edib ki, Barrianın sonuncu dəfə çimərlikdə göründüyü və dənizdə çimdikdən sonra yoxa çıxdığı barədə məlumat daxil olmuşdu.

Səlahiyyətlilər Barrianın güclü dalğalara tutularaq dənizə sürükləndiyindən şübhələndiklərini bildiriblər.

Komodoro Rivadavianın polis rəisi Kristian Ansaldo da açıqlamasında Barrianın rəsmi şəxsiyyətini təsdiqləmək üçün DNT testinin aparılacağını bildirib. Ansaldo, qarnından Barrianın qalıqları tapılan köpəkbalığının uzunluğunun təxminən 1,5 metr olduğunu bildirib.

Dieqo Barrianın həyat yoldaşı Virciniya sosial media hesabında “Ürəyim səninlə getdi. Səni sonsuza qədər sevəcəyəm” yazısında ərinin qalıqlarının tapıldığını təsdiqləyib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 16 =