İtkin düşən bir sionist əsgərin cəsədi Qüds ətrafında tapıldı

İtkin düşən bir sionist əsgərin cəsədi Qüds ətrafında tapıldı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Sionist rejim, itkin düşmüş bir sionist əsgərinin n işğal altındakı Qüds ətrafında aşkar edildiyini elan etdi.

İsrail ordusu və polis qüvvələri bu gün (cümə axşamı) işğal olunmuş Qüdsdəki “Həzma” hərbi nəzarət məntəqəsi yaxınlığında itkin düşən “Sagi David” adlı bir əsgərin cəsədini tapdı.

Arab 48-ə görə, sionist əsgər çərşənbə axşamı Qüds ətrafında itgin düşüb və onu tapmaq üçün axtarış əməliyyatı başladıldı.

Bəzi KİV-lər onun vurulduğunu yazdılar. İsrail polisi istintaq başlatdı, lakin əsgərin ölümü ilə bağlı hələ məlumat verilmədi.

Sionist əsgər Həzma kəndi və Məaliyyə Ədomim sionist qəsəbəsi yaxınlığındakı Anatut hərbi bazasını tərk etdi və bir daha geri qayıtmadı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − six =