İtkin düşən biznesmenin meyiti tapıldı

İtkin düşən biznesmenin meyiti tapıldı

Hacıqabul sakininin fermada meyiti tapılıb.

Ağacalı kəndində yaşayan, 1986-cı il təvəllüdlü Zakir Məmiyevin özünə məxsus fermada meyiti aşkar edilib.

“Qafqazinfo”nun məlumatına görə, meyiti tapılan şəxs bir neçə gün əvvəl itkin düşüb.

APA TV–nin əldə etdiyi ilkin məlumata görə, Zakir Məmiyevin külli miqdarda borcu olub.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + ten =