İtkin düşən qızın çayda meyiti tapıldı
Şirvanda Kür çayında meyiti tapılan şəxsin kimliyi müəyyən edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, həmin şəxsin Şirvan şəhərində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Füzuli rayon sakini, 2005-ci il təvəllüdlü Mehdizadə Aysun Nuhun qızı olduğu müəyyənləşib.
Onun bir gün əvvəl itkin düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS