İtkin düşənlərə məxsus olması ehtimal olunan 450-dən çox meyit qalıqları ekshumasiya edilib

İtkin düşənlərə məxsus olması ehtimal olunan 450-dən çox meyit qalıqları ekshumasiya edilib

Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən çox insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən çox molekulyar-genetik ekspertizaları təyin olunaraq icraya yönəldilib. Eləcə də şahidlər dindirilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =