İtlər cəsədləri parçalamağa başladı: Ukraynalı merdən HƏYƏCAN TƏBİLİ

Rusiyanın Ukraynaya hücumunun 13-cü günündə bütün dünyanın qanını donduran hadisələr baş verir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, mühasirədə olan Buça şəhərinin meri Anatoli Fedorik “Rusiya dayanmadan amansızcasına bombalayır. Bu kabusdur” deyib.
Fedoruk vurğulayıb ki, Kreml yenə də mülki şəxslər üçün təhlükəsiz dəhlizlər vəd etsə də, mütəmadi olaraq mərmi və raket yağışları əhalinin daha çox olduğu yerlərə düşməyə davam edir.
“Ağır silahlardan atəşə tutulması gecə-gündüz davam etdiyi üçün meyitləri belə toplaya bilmirik. Şəhərin küçələrində itlər meyitləri parçalayır. Bu kabusdur”, – Fedoruk bildirib.
Lent.az