İV: İran yaxın günlərdə İraq ərazisindən İsrailə zərbə endirmək niyyətindədir

İran İsrailin son hücumuna cavab olaraq yaxın günlərdə İraq ərazisindən yəhudi dövlətinə genişmiqyaslı zərbə endirməyə hazırlaşır.
Bu barədə “Axios” portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl çoxlu sayda PUA və ballistik raketlərdən istifadə etməklə əməliyyat keçirə bilər.