İzləyici cihaz dadına çatdı – Oğurlanan “Range Rover”ini Afrikada tapdı

İzləyici cihaz dadına çatdı – Oğurlanan “Range Rover”ini Afrikada tapdı

Britaniyalı kişi oğurlanmış avtomobilini Afrikada tapıb.

Dəyəri 50 min funt-sterlinq olan “Range Rover” avtomobili 44 yaşlı Cimmi Mandeyin evinin qarşısından oğurlanıb.

İnformasiya tenologiyaları üzrə məsləhətçi kimi çalışan Mendi, ehtiyatlı davranaraq avtomobilin içinə “Apple AirTag” izləyici cihazı yerləşdirib.

“Avtomobil Aralıq dənizi, Süveyş kanalı, Misir, Sudan, Cənubi Sudan və Uqandadan keçərək Tanzaniyaya çatanda onu xəritədən izləyirdim,” – deyə o bildirib.

Polisin verdiyi məlumata görə, belə avtomobillər tez-tez Şərqi Afrikadan gələn sifarişlər əsasında oğurlanır, çünki orada sağ sükanlı maşınlara, xüsusilə də yerli elitalar arasında, böyük tələbat var.

Hal-hazırda avtomobil Tanzaniyadadır və izləyici cihazın göstərdiyinə görə, hər gün eyni marşrut üzrə gedib-gəlir. Üstəlik, avtomobilin içində Mendinin sevimli şlyapalarından biri hələ də qalır.

Mendinun dostları bu hadisənin filmə çevriləcək qədər maraqlı olduğunu deyir.

Hadisələrin bu şəkildə inkişafına baxmayaraq, Mendi ümidini itirmir və bir gün avtomobilini geri qaytaracağına inanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =