İzmir sahillərində 5.1 bal gücündə zəlzələ baş verib

İzmir sahillərində 5.1 bal gücündə zəlzələ baş verib

Egey dənizinin İzmir vilayətinin sahillərində 5.1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların episentri Karaburun bölgəsinin sahillərində yerləşib.

Bir dəqiqəlik fasilə ilə ardarda iki yeraltı təkan qeydə alınıb.

5.1 bal gücündə ilk təkan 08.46-da, 20.69 km dərinlikdə, ikinci 4.8 bal gücündə zəlzələ isə saat 08.47-də 7 km dərinlikdə qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =