İzmirdə atışma olub, yaralananlar var

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonunda avtomobilə baxış keçirməyə gələn polisə atəş açılıb.
“Report” İHA-ya istinadən xəbər verir ki, polisin cavab atəşi ilə silahlı atışmaya çevrilən olayda 1-i polis olmaqla 2 nəfər yaralanıb.
Məlumata görə, avtomobillə hadisə yerindən qaçan şübhəlilər yaralanan şəxsi xəstəxanaya çatdırıblar. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hüquq-mühafizə orqanının əməkdaşı isə ayağından yaralanıb.
Hadisədən sonra çox sayda şəxsin saxlanıldığı qeyd olunub.
Faktla bağlı araşdırma aparılır.
Report.az