JP Morgan İran hücumunun neft qiymətlərini kəskin artıracağını proqnozlaşdırır!


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
JP Morgan analitiklərinin proqnozuna görə, İrana mümkün hücum qlobal neft bazarında ciddi dalğalanmalara səbəb ola bilər. Bankın hesabatında qeyd edilir ki, belə bir hücum neftin qiymətini 120 dollar səviyyəsinə yüksəldə bilər və bunun nəticəsində ABŞ-ın istehlak qiymətləri indeksi (CPI) 5%-ə çata bilər.
Ekspertlər bildirirlər ki, İranla bağlı geosiyasi gərginliklər enerji bazarına təsir edərək qlobal inflyasiyanı artıracaq. ABŞ və Avropa bazarlarında neft təchizatının pozulması ehtimalı investorları narahat edir.