Jurnalistlər “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarına səfər edib

Jurnalistlər “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarına səfər edib

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarına media-tur təşkil edilib.

Araz çayı üzərində və İranla sərhəddə yerləşən hər iki SES-in ümumi gücü 280 MVT-dır.

Stansiyalar haqqında jurnalistlərə məlumat verən Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov qeyd edib ki, elektrik enerjisini istehsal edən hidroqovşaqlar və su elektrik stansiyalarının tikintisinin 2-2,5 ilə yekunlaşması gözlənir.

“Araz çayı üzərindəki “Xudafərin” SES-in ümumi gücü 200 MVT, “Qız Qalası” stansiyasının ümumi gücü isə 80 MVT-dir. Hər iki elektrik stansiyasının 716 mln kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mln kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək.

SES-lərinin inşa edilməsi layihəsi Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən hazırlanıb. Adıçəkilən layihə ilə bağlı hələ SSRİ dönəmində ölkələr arasında müzakirələr aparılmış və müvafiq sənədlər imzalanıb”.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − fifteen =