Kədumimdə sionistlərə atəş açılıb/bir fələstinli şəhid olub

Kədumimdə sionistlərə atəş açılıb/bir fələstinli şəhid olub

Bir fələstinli İordan çayının qərb sahilinin şimalındakı sionist Kədumim qəsəbəsinə sızdıqdan sonra işğalçılara atəş açıb və nəticədə qarşıdurmaadan sonra öldürülüb.

İbrani mediası bazar günü səhər saatlarında Qəlqiliyyənin şərqində yerləşən sionist “Kədumim” qəsəbəsində bir fələstinlinin şəhadət əməliyyatından xəbər verib.

Məlumatlara görə, fələstinli döyüşçünün sionist Kədumim qəsəbəsinə soxulması ilə bağlı həyəcan təbili çalınıb və bütün ərazi bloklanıb.

Fələstinin “Şahab” xəbər agentliyinin məlumatına görə, odlu silah daşıyan bir fələstinli anti-sionist əməliyyatlar həyata keçirməyə cəhd edərkən işğalçı qüvvələr tərəfindən güllələnib.

Buna əsaslanaraq, təhlükəsizlik rəsmiləri Kədumim sakinlərindən qəsb edilmiş evlərinin girişini bağlamağı və pəncərələri qoruyucularla örtməyi tələb edərək bu qəsəbədə başqa fələstinli döyüşçülərin də ola biləcəyi ehtimalını irəli sürüblər.

Eyni zamanda, bəzi fələstinli mənbələr bildirirlər ki, bu sionist qəsəbənin girişində atəş səsləri eşidilir və görünən odur ki, müqavimət qüvvələri işğalçılarla qarşıdurmadadır.

Bu arada sionist mənbələr cümə günü axşam saatlarında işğal altındakı Qüdsdə atışma baş verdiyini, nəticədə azı 8 nəfərin həlak olduğunu, 5 nəfərin isə yaralandığını elan ediblər.

Sionist rejim polisinin yaydığı bəyanatda bu şəhadət əməliyyatının icraçısının təqib olunduqdan sonra şəhid olduğu iddia edilib.

Bu şəhadət əməliyyatı sionist rejimin əsgərlərinin cümə axşamı Cənin düşərgəsinə hücumu və ən azı 9 fələstinlinin şəhadətinə cavab olaraq həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 2 =