Kəlbəcərə aparan qürurlu yol – DƏLİDAĞIN SAHİBLƏRİ GERİ DÖNÜR – VİDEO

Kəlbəcərə aparan qürurlu yol – DƏLİDAĞIN SAHİBLƏRİ GERİ DÖNÜR – VİDEO

Vətən torpağının heyranedici gözəlliyi və təravətli havası fonunda ətrafı seyr edirik. Bu yerlər artıq ikinci ildir, öz sahiblərinin köçünə şahidlik edir. Sarıyerindən Söyüdlüsünə, Qoşdaşına kimi hər yer canlanıb sanki. Çünki torpaqlarımız düşmən tapdağından azad ediləndən bəri fermerlər öz təsərrüfatlarını bu yaylaqlara köçürməyə davam edir.

İndi burada hər kəs məşğuldur. Hamı tələsir, kimi torpağına qovuşmağa, kimi artıq daşı, kərpici, otuna çevrildiyi vətəninə tamamilə köçməyə.

Bəli, Kəlbəcərdəyik və buranın sahibləri geri qayıdır. Gördüyünüz kimi böyük təsərrüfatdır. 1300 başdan çox heyvan olduğu deyilir. Təbii ki, payız aylarında geri qayıdanda daha böyük təsərrüfatla geri dönəcəklər. Bunun südü, yağı, şoru, pendiri, hər tərəfli… Azərbaycanlı fermerlər Kəlbəcər dağlarındadır və dağların sahibləri geri dönüb.

Çəkilişimizin bu qismini beləcə yekunlaşdırırıq. Amma köç yekunlaşmır. Kəlbəcərin canlılığı zərrəcə azalmayıb. Qarabağ hələ yeni-yeni dirçəlməyə başlayır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =