Kəlbəcərdə komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir – VİDEO

Kəlbəcərdə komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir – VİDEO

Silahlı Qüvvələrimizin sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları zəfərlə başa çatdı, xalqımız tarixi qələbəyə qovuşdu. Artıq 30 ilə yaxın işğalda qalan torpaqlarımızda müvafiq təhlükəsizlik tədbirləri görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata, noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub: “RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 10 =